Daşınması qadağan olan məhsullar

"Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı"nın və "Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 dekabr 2004-cü il tarixli, 141 nömrəli qərarının 1-ci maddəsi ilə Azərbaycan Respublikasına beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların

S İ Y A H I S I
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.1.1-3.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş mal və əşyalar;
  • pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;
  • insan orqanları və (və ya) toxumaları;
  • canlı heyvanlar;
  • tezalışan maddələr;
  • zəhərli və toksikoloji maddələr;
  • bioloji və infeksion maddələr;
  • civə, kimyəvi reaktivlər və turşular;
  • insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;
  • tez xarab olan qida məhsulları;
  • öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;
  • sikkələr, banknotlar və yol çekləri.