Gizlilik siyasəti

Fərdi məlumatlarınızın məxfiliyinin qorunması bizim üçün vacib amillərdən biri olduğuna görə, bununla bağlı tərəfimizdən lazımi texniki-təşkilati tədbirlər görülmüşdür. Nəzərinizə çatdırırıq ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinin tələbinə uyğun olaraq, fərdi məlumatlarınız qanunla müəyyən olunmuş hallar və Sizin razılığınız istisna olmaqla üçüncü şəxsə verilmir. “Məxfilik siyasəti”ndə “Biz”ə edilən istinadlar “ABA EXPRESS” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan Abaexpress.az veb saytına və Apple Play Store və Google Play Store-dan yüklənən “Abaexpress” mobil tətbiqetmələrinə münasibətdə, “Siz”ə edilən istinadlar isə fərdi məlumatların subyektinə, yəni veb saytımızdan və ya mobil tətbiqetməmizdən qeydiyyatdan keçən və xidmətlərdən istifadə edən İstifadəçiyə münasibətdə istifadə olunur.

“Məxfilik siyasəti” Abaexpress.az veb saytında və Apple Play Store və Google Play Store-dan yüklənən “Abaexpress” mobil tətbiqetmələrində toplanan məlumatlara aiddir və həmin veb saytda və ya mobil tətbiqetmələrdə qeydiyyatdan keçməklə, siz, “Məxfilik siyasəti”nin şərtləri ilə razılaşdığınızı təsdiqləmiş və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə uyğun olaraq sizə aid olan fərdi məlumatların toplanmasına və işlənməsinə yazılı razılıq vermiş olursunuz. İstifadəçi onun barəsində olan məlumatların toplanılmasına və işlənilməsinə etiraz etmək hüququna malikdir. İstifadəçinin etirazı bizə yazılı surətdə təqdim olunmalıdır. İstifadəçilərin etirazının əsaslandırılması tələb olunmur.

Nəzərinizə çatdırırıq ki, “Məxfilik siyasəti” dəyişikliklər ediləcəyi təqdirdə yenilənə bilər. “Məxfilik siyasəti”nə edilən hər hansı dəyişiklik barədə məlumat Abaexpress.az veb saytında və Apple Play Store və Google Play Store-dan yüklənən “Abaexpress” mobil tətbiqetməsində yerləşdiriləcəkdir və ya elektron poçt vasitəsi ilə sizə göndəriləcəkdir. Hansı məlumatların toplanıldığı, necə istifadə edildiyi və ya hansı şərtlər daxilində aşkarlandığı barədə məlumatlı olmaq üçün “Məxfilik siyasəti”ni mütəmadi olaraq yoxlamaq öhdəliyi İstifadəçiyə aiddir. İstənilən halda, dəyişiklik edilmiş “Məxfilik siyasəti” dəyişikliklər barədə sizin məlumat əldə edib-etmədiyinizdən asılı olmayaraq, İstifadəçiyə münasibətdə tətbiq ediləcəkdir.

Fərdi məlumatlarınız fəaliyyətimizin həyata keçirilməsi üçün ölkə daxilində və ölkə xaricində fəaliyyət göstərən, əməkdaşlıq etdiyimiz şəxs və ya təşkilatla, məlumatların bulud texnologiyası vasitəsilə saxlanması və ya göndərilməsi üçün ölkə daxilində və ölkə xaricində fəaliyyət göstərən, əməkdaşlıq etdiyimiz şəxs və ya təşkilatla, istifadəçilərimizə ticari elektron məlumat göndərilməsi ilə bağlı əməkdaşlıq etdiyimiz təşkilatla, əməkdaşlıq etdiyimiz bankla, müştəri məmnuniyyətini təşkil etmək üçün ölkə daxilində və ya ölkə xaricində reklam və marketinq xidməti göstərən, əməkdaşlıq etdiyimiz şəxs və ya təşkilatla paylaşıla bilər.

Fərdi məlumatlarınız aşağıdakı məqsədlərlə istifadə ediləcəkdir:

  • İstifadəçinin kimliyini müəyyən etmək;
  • Əlaqə üçün lazımi məlumatları qeyd etmək;
  • İstifadəçini “İstifadəçi razılaşması” və “Məxfilik siyasəti” ilə bağlı dəyişikliklər, veb saytımız, mobil tətbiqetməmiz, endirimlərimiz, kampaniyalarımız, yeniliklərimiz və xidmətlərimiz barədə məlumatlandırmaq;
  • Kargüzarlıq və tələb olunan digər sənədləşmə proseslərini həyata keçirmək;
  • “İstifadəçi razılaşması”nda nəzərdə tutulan öhdəliklərimizi lazımınca yerinə yetirmək;
  • Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş öhdəliklərimizi yerinə yetirmək və mənafeyimizi qorumaq;
  • İstifadəçi məmnuniyyətini artırmaq və İstifadəçi dairəsi analizində istifadə etmək;
  • Xidmətlərimiz ilə bağlı olan İstifadəçi şikayət və təkliflərini dəyərləndirə bilmək.